Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ağaqulu Ağaquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayəöt işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib. A.Ağaquliyevin idarə etdiyi "Daewo" markalı marşrut xətti avtobusu ilə Masazır qəsəbəsi "Zəngilan şəhərciyi" ərazisində hərəkətdə olarkən piyada Umudvar Bağırov vurub hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Aparılan araşdırmalarla müəyyən edilib ki, sürücü A.Ağaquliyevin avtobusu idarəetmə hüququ yoxdur. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
