Məzmuna keç

İnam Kərimov: “Ali Məhkəmə müasir çağırışlara cavab vermək üçün fəaliyyətini davam etdirir”

"44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar ortaya çıxıb".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda deyib.

"Məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi zəruridir. Ali Məhkəmə bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Əminəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə biz qeyd etdiyim məqsədlərə nail olacağıq", – o qeyd edib.