Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəhriyar Nəzərovun cinayət işiü zrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, hadisə Boladi kəndi ərazisində qeydə alınıb.Belə ki, Şəhriyar Nəzərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmkəndlisi 1975-ci il təvəllüdlü Asif Babayevi vuraraq ona ağır xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərilməklə paytaxt xəstəxanalarından birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq Asif Babayevin həyatını xilas etmək mümkün olmayıb. Ş.Nəzərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə