Məzmuna keç

Qəbələdə ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehran Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.

Hakim Abbas Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, Qəbələ şəhəri sakini Həsənov Mehran Ağalı oğlu idarə etdiyi "QAZ-3110" minik markalı avtomobillə rayonun Laza kəndi ərazisində idarəetməni itirib. Nəticədə avtomobil yolun sol tərəfində olan dərəyə aşıb. Avtomobildəki sərnişin, Qəbələ şəhər sakini Maarif Xasıyev hadisə yerində ölüb, sürücü M.Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. M.Həsənovova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə