Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Böyükağa Baxşiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, B.Baxşiyevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə təqsirləndirilən B.Baxşiyev tutularkən ona fiziki və psixoloji zor tətbiq olunması yolu ilə sübutların əldə edilməsi, tutulma vaxtı ilə ondan narkotik vasitələrin aşkar edilməsi vaxtının üst-üstə düşməməsi, əməliyyat-axtarış tədbirlərinin qanunsuz keçirilməsi və digər pozuntular bəraət hökmünün çıxarılmasına əsas olub.
Şəbnəm Mehdizadə
