Məzmuna keç

Oğurluqda ittiham olunan keçmiş məhkum hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Rakim Babaliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 17-nə təyin olunub.

Qeyd edək ki, Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub. İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Şəbnəm Mehdizadə