Məzmuna keç

Məhkəmə avtoyuma məntəqəsindən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Avtoyuma məntəqəsindən oğurluq etməkdə təqsirləndirilən Dövlət Alışovun cinayət işi üzrə ibtitai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Dövlət Alışov Suraxanı rayonu ərazisindəki bir avtoyuma məntəqəsindən 3220 manat dəyərində avadanlığı oğurlamaqda təqsirləndirlir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə