Məzmuna keç

“Dokta” cərimələndi

“Dokta" MMC-ə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3-cü (“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə) maddəsi ilə protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanova sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Dokta" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə