Mayın 6-da "Davam Hüquq Klubu"nun və Bakı Kommersiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Bakı Kommersiya Məhkəməsində "Kommersiya Məhkəmə Müsabiqəsi"nin final mərhələsi keçirilib.
E-huquq.az xəbər verir ki, "Artemida" və "The Rainmakers" komandalarının qarşı-qarşıya gəldiyi final mərhələsində iştirakçıların çıxışları Bakı Kommersiya Məhkəməsinin təcrübəli hakimləri Günay Namazova və Kənan Hüseynov tərəfindən qiymətləndirilmiş və "Artemida" komandası qalib gələrək birinci yerə layiq görülüb.
Eyni zamanda müsabiqənin keçirilməsində partnyor kimi dəstək olan "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri və müxtəlif universitetlərdən olan tələbələr də müsabiqənin final mərhələsində komandalara dəstək olublar.
Sonda qapanış nitqi ilə çıxış edən Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov bu cür layihələrin keçirilməsini yüksək qiymətləndirərək, Bakı Kommersiya Məhkəməsinin hər zaman tələbələrin inkişafında mühüm rol oynayan bu layihələrə dəstək olduğunu bildirmiş və tələbələrə uğurlar arzu edib.
Hər iki komandaya müvafiq sertifikatlar və hədiyyələr təqdim olunub.

