Məzmuna keç

Üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə ittiham olunan sürücünün məhkəməsi başlayır

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Belə ki, iki avtomobil toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova, onun oğlu 1995-ci il təvəllüdlü Təbriz Əliyev, 2003-cü il təvəllüdlü Gülnarə Mədətova və digər 1999-cu il təvəllüdlü Kəlbəcər rayon sakini, Azər Əlizadə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzanı törətməkdə şübhəli bilinən A.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə