“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “SAQA Gəmi Təmiri” şirkətini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürülüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
