Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, KOBİA barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) madəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, KOBİA üç yüz manat məbləğində cərimə ediləcək.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
