Ali Məhkəmədə həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin keçmiş hakimi Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılıb. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Fəqan Əhmədov 2021-ci ci ilin mayında Nardarandakı bağ evində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədova 10 il həbs cəzası verilib, Bakı Apellyasiya Məhkəməsi isə cəza müddətini 7 ilə endirib.
