Məzmuna keç

BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxs Ali Məhkəməyə müraciət etdi

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 27-də BDU-da qeydə alınıb. Belə ki, universitetin əsas korpusunda orada təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Mirzəyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Şəbnəm Mehdizadə