Məzmuna keç

ABŞ məhkəməsi Los-Ancelesdə azərbaycanlılara hücum edən erməniyə hökm oxudu

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə qarşı çıxardığı hökmü alqışlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycan Baş Konsulluğunun qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”, – paylaşımda deyilir.

Qeyd olunub ki, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və zərərçəkmişin bütün xərclərini ödəməlidir.

"Ümid edirik ki, bundan lazımi dərs çıxarılacaq", – A.Hacızadə əlavə edib.