Məzmuna keç

Arvadını qətlə yetirməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı

Goranbaoyda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Atəş Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, A.Ələkbərov şəxsi münasibətlər zəminində Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanı bıçaqla qətlə yetirilməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə