"Rabitəbank" ASC "Metal Roofing Center" şirkətini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, bank şirkətə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
