Məzmuna keç

Ali Məhkəmə Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər –

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi Aparatının bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

E-huquq.az xəbər verir ki, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş mürəkkəb relyef və sərt iqlim şəraitində həyata keçirilib.

Yürüş iştirakçıları “Heydər zirvə”sində Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Aparat əməkdaşları zirvədə Azərbaycan Respublikasının Dövlət bayrağı və Ali Məhkəmənin rəmzi olan bayrağı ucaldıblar.