Məzmuna keç

Şəkidə restorandan oğurluq edən dəstə üzvlərinin məhkəməsi başlayır

Şəkidə restorandan oğurluq edən Elçin Rüstəmzalov, Rəcəb Babayev və Həbillah İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Hakim Pərviz Hacıyevin sədrliyi ilə keçiirləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələləlik məlum deyil.

Qeyd edək ki, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov iki nəfər tanışı-əvvəllər dəfələrlə məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları məlum olub. Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Hər 3 şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə