Məzmuna keç

Məhkəmə külli miqdarda narkotiklə tutulan şəxsə bəraət hökmü çıxardı

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramiz Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Süleymanovun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması və​ toplanmış sübutların onun təqsirsizliyini təsdiq etməsi​ əsası ilə ona bəraət verilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda​ əldə etmə, saxlama və daşıma) törətməkdə təqsirləndirilən R.Süleymanovun şübhəli şəxs qismində saxlanması​ prosesində​ çoxsaylı​ qanun​ pozuntularına​ yol​ verilməsi, o cümlədən saxlandığı gün müdafiəçi ilə təmin edilməsi sənədləşdirilsə də, əslində müdafiə hüququnun kobud şəkildə pozularaq vəkilin iştirakının ümumiyyətlə təmin edilmədiyi, müvafiq prosessual sənədlərdəki imzaların sonrakı günlərdə icra edilməsi faktı və sair xüsusatlar təqsirləndirilən şəxs R.Süleymanovun, təhqiqatçının, hal şahidi qismində şəxsi axtarış və​ götürmə​ aparılmasında iştirakı rəsmiləşdirilmiş Hüseyn Əliyevin (ad, soyad şərtidir) ifadələri, habelə məhkəmənin bu xüsusatlarla bağlı qəti nəticəyə gəlmək üçün apardığı əlavə araşdırmalar zamanı əldə edilmiş çoxsaylı dəlillər yol verilmiş qanun pozuntularının təsdiqini təkzibedilməz edib.

Şəbnəm Mehdizadə