Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Qəribovun cinayət işi üzr ibtidai istintaq başa mçatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elman İsayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini R.Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L.Mahmudov hadisə yerində keçinib. Qəza zamanı dünyasını dəyişən L.Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub. R.Qəribova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
