Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən il noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə E.Məhərrəmovun olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Şəbnəm Mehdizadə
