Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Rəfail Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Rəfail Çapar oğlu kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Quliyeva Xalidə Aslan qızına bıçaqla xəsarəti yetirib. Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. R.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
