- 3 Oktyabr 17:52
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Orxan İsmayılovun “İnzibati məhkəmə icraatında iddianın növləri - Kazuslar və onların həlli qaydası” adlı kitabı çap olunub.
E-huquq.az xəbər verir ki, kitabda inzibati məhkəmə icraatında daha çox tətbiq olunan iddia növlərinin (mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası, müəyyən etmə və ya tanıma haqqında və s.) fərqləndirilməsi və məhkəmə təcrübəsi əsasında tərtib edilmiş kazusların həlli qaydaları izah olunub.
Eyni zamanda, kitab inzibati orqanların nümayəndələri, vətəndaşlar və hüquqşünaslar tərəfindən praktik istifadə üçün nəzərdə tutulub.