"Kripton OAA" MMC "Çinar-Servis" İstehsalat-Kommersiya Firmasını məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət "Çinar-Servis"ə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
