- 25 Sentyabr 17:49
Qobustan qəsəbəsində soyğunçuluqda təqsirləndirilən Gülnarə Vəliyevanın cnayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rufan Mürsəlovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 13-də keçiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini Gülnarə Vəliyeva fevralın 14-də Qobustan qəsəbəsində evdən pul və geyim əşyalarını, habelə azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanmamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə