“Məhkəmə icraatının sürətləndirilməsi vətəndaşların hüquqlarının müdafiəsini zəiflətməməlidir”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, məhkəmə icraatının sürətləndirilməsi vətəndaşların hüquqlarının müdafiəsinin zəiflədilməsi hesabına baş verməməlidir.
“Təbii ki, qanun elə tətbiq olunmalıdır ki, qarşıya qoyulan məqsədə nail olunsun. Əminəm ki, məhkəmə orqanları da məhz bu prinsiplə fəaliyyət göstərəcək və yaranan problemlərin qarşısının alınmasına çalışacaq”, – deyə Ə.Hüseynli qeyd edib.
Şəbnəm Mehdizadə
