Məzmuna keç

Mağazadan oğurluq etməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayır

Masallıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Elnur Şahverdiyev və Məhəmməd Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Firdovsi Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 23-də keçiriləcək.

Qeyd edək ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə