Dövlət Gömrük Komitəsi Bakı Dövlət Sirkinə cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, sirk barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib.
Protokol təsdiq olunsa, Bakı Dövlət Sirki iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
