Məzmuna keç

Mağazadan oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır

Bakıda mağazasan oğurluq etməkdə təqsirləndirilən Vüsal Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttihama görə, Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar V.Hüseynli, Ə.Abdiyev və A.Ələsgərli Nizami rayonu ərazisində yerləşən mağazaların birindən spirtli içkilər və tütün məmulatları oğurlayıblar. Həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstəriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə