Məzmuna keç

Əcnəbi narkotacirdən onlayn yolla narkotik almaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rahil Cabbarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatımna görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Xamməd Nuriyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 24-də keçiriləcək.

İttihama görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlının üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı Rahil Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə