Məzmuna keç

Məşhur supermarketlər şəbəkəsi cərimələnə bilər

"Grand-Mart" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, supermarketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Grand-Mart" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə