Məzmuna keç

“Embawood” 5 min manatadək cərimə edilə bilər

"Embawood" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Embawood" dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə