Məzmuna keç

Mingəçevirdə həmyerlisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Mingəçevirdə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-də keçiriləcək.

İttihama görə, 2007-ci il təvəllüdlü şəhər sakini İsmayılov Yusif Sadiq oğlu A.Məmmədov küçəsində avtomobil yolunun kənarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsmayılov Səfər Yusif oğlunun kürək nahiyəsinə ümumilikdə 4 ədəd bədən xəsarətləri yetirib.

Şəbnəm Mehdizadə