Lənkəranda ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa atıb.
E-huquq.az-ın məlumatına görə, toplana işmaterialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Rayonun Tükəvilə kənd sakini, 19 yaşlı Firqət Ağazadə gecə saatlarında Lənkəran rayonunun Separadi kənd sakini, 28 yaşlı Valeh Məmmədova məxsus fermaya gəlib. Aralarında olan mübahisə zəminində Firqət Ağazadə Valeh Məmmədov və onun 65 yaşlı anası Cəvahir Məmmədovaya bıçaqla xəsarətlər yetirib. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. F.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
