Bakıda şirkətdən oğurluq etməkdə təqsirləndirilən Elmar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, E.Babayev su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəci oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
