Gəncədə tanışını bıçaqlamaqda təqsirləndirilən Yadigar Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa atıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncənin Azərbaycan Bayrağı küçəsində baş verib. 24 yaşlı Yadigar Rəhimov Ülvi Mehtizadə ilə mübahisə edib. Nəticədə sonuncu kürəyindən bıçaqlanıb. Y.Rəhimova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
