Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bayraməli Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Füzuli Pənahovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyulun 3-də keçiriləcək.
Qeyd edək ki, hadisə şəhərin Eldar Qəmbərov küçəsində baş verib. Həmidov Bayraməli Hidayət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə velosipedlə qarşıdan gələn Mirzəyev Səfər Balamirzə oğlunu vurub. Nəticədə velosipedçi yerindəcə keçinib. B.Həmidova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
