Məzmuna keç

“Araz Supermarket” barədə inzibati protokol tərtib olundu

“Araz Supermarket” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə