“Bakı Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, Bakı Nəqliyyat Agentliyi üç yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
