Məzmuna keç

Narkokuryerlik etməkdə ittiham olunan şəxslərin ibtidai istintaqı başa çatdı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Azər Həsənli və Həsən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Neymət Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ağcəbədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılan zaman Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə – heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər. Onalara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə