Məzmuna keç

Azərbaycanda bələdiyyə cərimə oluna bilər

Ağdaş Rayon Kotavan Bələdiyyəsinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, bələdiyyə barədə İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, bələdiyyə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə