Ağcabədidə silsilə oğurluq etməkdə təqsirləndirilən Qurbani Bədəlov, Qalib Quliyev, Hüseyn Bayramov və Fərman Fərmanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Sulduz Ləzimovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İttihama görə, əvvəlcədən əlbir olaraq qrup şəklində rayon ərazisindəki iki fərdi yaşayış evindən oğurluq edən rayon sakinləri – Qurbani Bədəlov, Qalib Quliyev, Hüseyn Bayramov və Fərman Fərmanlı tutulublar. Onların qızl-zinət əşyaları və nəğd pul oğurlamaqla zərərçəkmişlərə 10 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
