Gəncədə evlərdən oğurluq etməkdə təqsirləndirilən Cəsur Mərdanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Hakim Orxan Cəfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəsur Mərdanov rayon ərazisində bir neçə evdən pul və məişət əşyaları oğurlamaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
