Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyi məhkəməyə verildi

"Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "SBS Cranes" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məılum deyil.

Şəbnəm Mehdizadə