Məzmuna keç

Evdən 8000 manatlıq oğurluq etməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Qurban Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zaur Tağıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Q.Bayramov paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən martın 5-dən 12-dək olan müddətdə 8000 manat dəyərində televizor, mebel və həyət darvazasını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə