Məzmuna keç

Avtomobillərdən oğurluq edən şəxsin məhkəməsi başlayır

Göygöldə oğurluq etməkdə təqsirləndirilən Bəxtiyar Hacızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilib.

Hakim Əyyub Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaısnın vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, Gəncə şəhər sakini Bəxtiyar Hacızadə rayonun Hacıməlik qəsəbəsində vətəndaşlara məxsus avtomobillərə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsiz üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə