Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Yasər Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məılumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Telman Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclaısnın vaxtı hələllik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Rayon sakini Yasər Rüstəmov münaqişə zəminində bacısı Yasəmən Qasımovanı bıçaqlayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsi 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
