Bakıda piyadanın ölümündə təqsirləndirilən Zeynal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, Zeynal Məmmədov idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə piyada, 1955-ci il təvəllüdlü Qənirə Hacıyevanı vurub. Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Z.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
