Məzmuna keç

“Mover” 5 min manatadək cərimələnə bilər

"Mover" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 544.2-ci maddəsi (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Mover" dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Şəbnəm Mehdizadə